
Apple satış qiymətləri ilə oynadı
Elm & Texnologiya
07.05.2017
Farid
Apple-ın iPhone satışları ilə oynadığı haqda iddialar təkrar alovlanıb. Rusiyadakı hadisənin məhkəməyə daşınması gözlənilir. Bəs bu iddia nə qədər doğrudur?
"Apple"-ın başı bir daha dərdə girib. Rusiyadakı satış fəaliyyətində qiymətlərə müdaxilə etməsi iddiası ilə təqsirləndirilən Apple-a qarşı Rusiya məhkəməsinə iddia ərizəsi verilib. Daha öncə də Apple bu mövzuda az təqsirləndirilməyib. Hadisənin belə səs salmasının əsas səbəbkarı Apple-ın iPhone model telefonunu almağa çalışan müştəri olub. Belə ki, eyni firmanın ayrı mağazalarında gəzərkən iPhone 6S ilə6S Plus modellərinin eyni qiymətlə satıldığını müşahidə edən müştəri bu haqda məlumat verib. Buna görə də Apple haqda iş açılacağı da bildirilib. Tez bir zamanda Apple-ın Rusiya bazarındakı vəziyyəti haqda araşdırma aparılarılması gözlənilir. Bir müddət əvvəl bu iddia ilə pul cəzası alan Apple 400 milyon dollar pul ödəməli olmuşdu. Sadalanan hadisələr Apple-ın həm Rusiyada, həm də dünyada marka etibarının itirilməsinə səbəb ola bilər.
Paylaş
Bənzər xəbərlər