main-post-cover

    'Apple' Shazam-ı 400 milyon dollara almağa hazırlaşır

    Elm & Texnologiya
    09.12.2017
    Farid Pardashunas
    Bir sıra mənbələrin verdikləri məlumat əsasən “Apple” şirkəti musiqilərin təyini platforması Shazam-ın alınması barədə son danışıqları aparır.
    Techcrunch saytının verdiyi məlumata əsasən müqavilənin tam bağlandığı barədə xəbəri artıq gələn həftənin bazar ertəsi verə bilərlər. Məlumata əsasən müqavilənin dəyəri 400 milyon dollar təşkil edəcək. Əgər müqavilə baş tutsa, Shazam müəyyən səviyyədə endirim ilə satılacaq. Belə ki, sonuncu investisiya raundu zamanı platformanın dəyəri 1 milyard dollar təşkil etmişdi.
    Daha əvvəlki şaiyələrə əsasən platforma Snapchat tərəfindən alınmalı idi. Lakin Snapchat platforma ilə razılığa gəlmişdi ki, Snapchat istifadəçiləri Snapchat tətbiqi vasitəsilə musiqiləri təyin etsinlər. “Apple” ilə danışıqların bu razılaşmalara necə təsir edəcəyi məlum deyil. Həmçinin platformanın satış səbəbi də bilinmir. Mütəxəssislərin fikrincə Shazam-ın alınması halında “Apple” şirkəti Spotify Google Play Music kimi rəqiblərinə təzyiq göstərəcək. Wall Street Journal-ın məlumatlarına əsasən Shazam-ın gündəlik istifadəçi sayı 1 milyondur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər