Reklam
Apple şirkəti 2 ədəd USB-C girişinə sahib yeni şarj adapteri üzərində çalışır

Apple şirkəti 2 ədəd USB-C girişinə sahib yeni şarj adapteri üzərində çalışır

Texnologiya
12.04.2022 PAYLAŞIM

    Görünür, Apple şirkətinin aksesuarlar siyahısına yaxın zamanda yenisi daxil olacaq. Belə ki, internetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti iPhone-lar üçün nəzərdə tutulmuş yeni şarj adapteri üzərində çalışır və həmin adapter öz unikal özəlliyi ilə fərqlənəcək. Məlumatda qeyd edilib ki, yeni şarj adapteri yüksəldilmiş gücə sahib olmaqla yanaşı həmçinin eyni anda iki cihazı birdən şarj edə biləcək. Yeni şarj adapteri barəsində məlumat Apple saytının texniki dəstək bölməsində qeyd edilib. Lakin müəyyən müddətdən sonra şirkət həmin məlumatı silib. Buna baxmayaraq o, internetdə yayılıb. Məlumata əsasən söhbət, iki ədəd şarj girişinə sahib şarj adapterindən gedir.


    Bununla yanaşı həmin adapter 35 vatt gücündə olacaq. Hazırlanan yeni şarj adapteri 2 ədəd USB-C girişi ilə təchiz olunacaq və istifadəçi USB-C naqilindən istifadə edərək öz smartfonunu şarj edə biləcək. Qeyd etmək lazımdır ki, şarj adapteri üçün nəzərdə tutulacaq USB-C naqili aksesuarın komplektinə daxil olmayacaq və ayrıca satılacaq. Sözügedən şarj adapteri eyni anda Apple şirkətinin iki cihazını şarj edə biləcək. Məsələn istifadəçi şarj girişinin birini iPhone 13 Pro Max üçün, digərini isə Apple Watch üçün istifadə edə biləcək. Bu şarj adapterinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×