Apple şirkəti 2016-cı ildə baş vermiş təyyarə qəzasında günahlandırılır
Elm & Texnologiya
14.05.2018
Farid Pardashunas
2016-cı ildə EgyptAir təyyarəsinin
daxilində baş vermiş yanğın səbəbilə baş vermiş qəza nəticəsində həlak olmuş
insanların ailə üzvləri Apple şirkətini məhkəməyə veriblər. Onların məhkəmə
iddialarında bildirilib ki, təyyarə daxilindəki yanğın məhz Apple şirkətinin
cihazlarından birinin qızaraq alışıb yanması səbəbilə baş verib. Qeyd etmək
lazımdır ki, təyyarə daxilində baş vermiş yanğının rəsmi səbəbi hələ də
bilinmir.
Mümkün olan qəza səbəbinin variantları arasında partlayıcı maddə,
pilot kabinindəki elektronika panelinin alışıb yanması və pilotun öz iPad ilə
iPhone 6s cihazlarının saxladığı yerdə yanğının baş verməsi var. Məhkəmə
iddiasını qaldırmış şəxslər qəzanın baş vermə səbəbi kimi məhz sonuncu
versiyanı göstərirlər. Belə ki, pilotlar təyyarənin elektronika panelinin üzərinə
heç bir əşya qoymurlar.
Belə olduğu halda təyyarə havaya qalxarkən həmin
cihazlar yerə düşə və ya turbulentlik anında sadəcə olaraq kabin daxilində
havada qala bilərlər. Bununla belə həmin qəzada vəfat etmiş şəxslərin
maraqlarını qoruyan hüquqşünaslar bildiriblər ki, onlar Apple şirkətini bu məsələdə
məsuliyyətə cəlb etmək üçün yetəri qədər sübutlara sahibdirlər. Apple şirkəti
isə bu fikri təkzib edən bəyanatlarını artıq bir neçə saytda dərc etdirib. Bundan əlavə
olaraq şirkət bu hadisə ilə bağlı istintaqa öz bütün yardımını verməyə
hazırlıqlı olduğunu bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)