
'Apple' şirkəti ABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya yatıracaq
Elm & Texnologiya
18.01.2018
Emil
Bundan əlavə olaraq şirkət yeni kampus tikdirəcək və 20.000 yeni iş yeri yaradacaq.
Şirkət xaricdə olan hesablarından
təqribi olaraq 256 milyard dolları geri qaytarmağı planlaşdırır. Onun 38
milyard dolları verginin ödənilməsinə sərf olunacaq. Şirkət həmçinin yeni
kampusun tikintisi haqqında planının olduğunu da qeyd edib. Yeni kampusun tikiləcəyi
yerin bu il ərzində bildiriləcəyi deyilib. Həmdə şirkət 2023-cü ilə kimi 20.000
yeni işçi götürməyi nəzərdə tutub. Bundan əlavə olaraq “Apple” özünün
istehsalat fondunun büdcəsini 5 milyard dollar artırmağı və təlim proqramlarının
sayını çoxaltmağı nəzərində tutub. Şirkətin xarici hesablardan vəsaitləri ölkəyə
qaytarmaq xəbərindən sonra ABŞ prezidenti Donald Trump öz Twitter hesabında bu qərara sevindiyini bildirib. Qeyd etmək lazımdır ki, keçən ilin Oktyabr
ayında məlum olmuşdu ki, “Apple” ofşor hesablarda 246 milyard dollar vəsait
saxlayır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
