main-post-cover

    Apple şirkəti AirPower naqilsiz şarj stansiyasının istehsalına start verib

    Elm & Texnologiya
    14.01.2019
    Farid Pardashunas
        Görünür, Apple şirkəti bu il sonunda AirPower adlı naqilsiz şarj stansiyasını satışa çıxardacaq. Belə ki, bir sıra insayderlərin verdikləri məlumata əsasən şirkət artıq naqilsiz şarj stansiyasının istehsalına start verib. Bu barədə Macrumors saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu naqilsiz şarj stansiyası bir neçə cihazın enerji yığması üçün nəzərdə tutulub. Şirkət onu hələ 2017-ci ildə iPhone 8, iPhone 8 PlusiPhone X-in təqdimatı ilə bir yerdə anons etmişdi və bildirmişdi ki, naqilsiz şarj stansiyası artıq 2018-ci ildə satışa çıxacaq.
        Bir çoxlarının gözləntilərinə baxmayaraq 2018-ci ildə AirPower satışa çıxmadı. Hətta keçən ilin sentyabr ayında iPhone XS, iPhone XS Max iPhone XR smartfon modellərinin təqdimatı zamanı şirkət sözügedən şarj stansiyası barəsində heç bir məlumat vermədi. Buna baxmayaraq AirPower-ın adı 2018-ci ildə təqdim edilmiş iPhone modellərinin istifadə təlimatı kağızlarında qeyd olunub. Məşhur analitik Ming-Chi Kuo hələ keçən il proqnoz vermişdi ki, şirkət naqilsiz şarj stansiyasını artıq 2019-cu ilin əvvəlində satışa çıxardacaq.

        Honkonq-un Chargerlab adlı saytının verdiyi məlumata əsasən Çinin Luxshare Precision adlı istehsalçısı AirPower-ın istehsalına artıq start verib. Qeyd etmək lazımdır ki, bu istehsalçı Apple şirkəti üçün həmçinin AirPods qulaqlıqlarını və bir sıra naqilləri istehsal edir. Bununla belə məlumata əsasən Luxshare Precision yeganə istehsalçı olmayacaq. Belə ki, Apple şirkətinin digər vacib istehsalçısı olan Pegatron artıq 21 yanvar tarixində AirPower şarj stansiyası üçün əlavə istehsalat xəttini istifadəyə verəcək. Əgər bu məlumatlar həqiqətən də düzdürsə, deməli AirPower-in satışa çıxması o qədər də gec baş verməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər