main-post-cover

    Apple şirkəti aktiv şəkildə qatlana bilən OLED ekranları test edir

    Elm & Texnologiya
    22.08.2019
    Emil Nəcəfov
        Demək olar ki, hər gün smartfon bazarında daha çox şirkət qatlana bilən ekrana sahib cihaz üzərində çalışdığını bildirir. Onların siyahısına Apple şirkəti də qatılıb. Belə ki, insayderlərin məlumatlarına əsasən Apple BOE şirkətinin qatlana bilən OLED ekranlarını aktiv şəkildə test edir. Bu barədə Mydrivers saytı xəbər verib. Məlumata əsasən BOE şirkətinin OLED ekranlarına üstünlüyün verilməsinin əsas səbəbi isə iPhone modellərinin istehsalat xərclərinin aşağı salınmasındadır.
        Samsung Display şirkətinin ekranlarının iPhone modellərində istifadə olunması isə Apple şirkətinə baha başa gəlirdi. Hal hazırda BOE şirkəti iPhone və iPad modelləri üçün LCD ekranların istehsalı ilə məşğul olur. Buna baxmayaraq şirkət öz əsas diqqətini OLED ekranların istehsalına ayrır. Belə ki, ilin sonuna kimi bu bazarın dəyəri 25.5 milyard dollar təşkil edəcək. Bu cür göstərici isə keçən ilki göstəricidən 18% yüksəkdir. Məlumata əsasən Apple şirkəti hal hazırda BOE şirkətinin zavodlarında qatlana bilən OLED ekranların testlərinin sonuncu mərhələsindədir.
        Bununla paralel olaraq BOE şirkəti daha bir yüksək texnoloji zavodun inşası ilə məşğuldur. Əgər Apple şirkəti ilə razılaşma əldə olunsa inşa edilən zavod Apple şirkətinin sifarişlərini tamamilə təmin edə biləcək. Bir çox insayderlər məlumat veriblər ki, qatlana bilən ekranlara sahib iPhone modelləri 2020-ci ildə təqdim olunacaqlar. Bundan əlavə olaraq BOE şirkətinə üstünlüyün verilməsi öz növbəsində lazımi sayda OLED ekran ehtiyyatının təmin olunmasını və artıq təqdim olunmuş iPhone modellərinin ekranlarının təmir olunması üçün lazımi sayda ekranların istehsalını təmin edcək.
    Linki kopyala