main-post-cover

    Apple şirkəti biometrik ötürücülərə sahib AirPods üzərində çalışır

    Elm & Texnologiya
    05.12.2018
    Farid Pardashunas
        AirPods öz sinifində ən yaxşı naqilsiz qulaqlıqdır. Lakin Apple şirkəti bu qulaqlıq modelini artıq 2 ildir ki, yeniləmir. Lakin məlumdur ki, şirkət artıq yeni model AirPods üzərində çalışır. Bugün isə şirkətin yeni model AirPods ilə bağlı patent məlumatı ortaya çıxıb. Şirkətin patent sorğusundə əks olunmuş məlumatlara əsasən yeni AirPods modelində insan sağlamlığını və qulaqlığın hansı qulağa taxıldığını təyin edəcək ötürücülər yerləşdiriləcək. 9to5Mac saytını verdiyi məlumata əsasən növbəti AirPods modeli simmetrik konstruksiyaya sahib olacaq.

        Beləliklə qulaqlıqların hər bir tayını ya sol qulağa yada sağ qulağa taxmaq mümkün olacaq. Bundan əlavə olaraq patentdə qeyd olunub ki, taxıldığı qulaqdan asılı olaraq onların iş rejimlərinin dəyişdirilməsinə imkan verəcək ötürücülər və mikrosxemlər də olacaq. Biometrik ötürücülər vasitəsilə yeni nəsil AirPods qulaqlıqları istifadəçinin ürək ritmlərini və onun bədən temperaturunu təyin edə biləcək. Təbii ki, patentdə əks olunmuş özəlliklərin naqilsiz qulaqlığıa inteqrasiya olunması üçün Apple şirkətinə bir neçə il vaxt lazım ola bilər. Lakin buna baxmayaraq şirkət yeni nəsil AirPods üzərində aktiv şəkildə çalışır. Belə ki, bu qulaqlıqlar şirkətin ən çox satılan məhsullarından biridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər