Apple şirkəti bu ilki iPhone 12-nin təqdimatını ləğv edə bilər

Apple şirkəti bu ilki iPhone 12-nin təqdimatını ləğv edə bilər

Texnologiya
26.03.2020 PAYLAŞIM

    Dünyada yayılan koronavirus pandemiyası artıq bir çox smartfon istehsalçısının işlərinə təsir göstərib. Bu məsələdə Apple şirkəti də itisna deyil. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən dünyada hökm sürən vəziyyət çərçivəsində Apple şirkəti özünün 5G dəstəkli ilk smartfonunu təqdim etməyə hazır deyil. Beləliklə hər ilin sentyabr ayında keçirilən təqdimat bu il ləğv edilmə ehtimalı ilə qarşı-qarşıyadır. Bu barədə Digitaltrends.com saytı xəbər verib. Məlumata əsasən Apple şirkətinin istehsalat xətlərində olan problemlər səbəbilə şirkət yeni iPhone modellərinin satışlarına bir qədər gec start verə bilər.

    Belə ki, şirkət daha öncə satışların sentyabr ayında başlamasını planlaşdırırdı. Jurnalistlər sentyabrdakı təqdimat tədbirinin ləğv olunacağı məlumatını şirkətə yaxın olan 3 mənbədən əldə ediblər. Əgər təqdimat ləğv olunmasa və Apple şirkəti yeni iPhone modellərini təqdim etsə belə, onlar məhdudlaşdırılmış sayda satışa çıxacaqlar. İnsayderlərin fikirlərinə əsasən bu halda stabil istehsalat miqyasını 2021-ci ildən tez reallaşdırmaq mümkün olmayacaq.

    Apple şirkətini narahat edən daha bir hal ondan ibarətdir ki, koronavirus pandemiyasının yaratdığı qlobal vəziyyət çərçivəsində alıcıların yeni iPhone modellərinə tələbatları aşağı düşə bilər. Bu halda onlar sadəcə olaraq yeni iPhone modellərinin alınmasından imtina edəcəklər və bu isə öz növbəsində şirkətin 5G dəstəkli ilk iPhone modelinin satışlarına ciddi təsir göstərəcək. Gözləntilərə əsasən sentyabrdakı təqdimatın keçirilib-keçirilməməsi barəsində yekun məlumat may ayında veriləcək. Ən pis halda şirkət iPhone 12-nin təqdimatını 2021-ci ildə keçirdəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini..


Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məl..


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..