
Apple şirkəti bu ilki iPhone'lar üçün prosessor istehsalına artıq start verib
Elm & Texnologiya
12.05.2019
Emil
Bloomberg saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən bu il satışa çıxacaq yeni iPhone modelləri üçün prosessor istehsalına artıq start verilib. Bu barədə Gagadget saytı xəbər verib. Söhbət, 7 nanometrlik texnoloji proses əsasında hazırlanan bir kristallı Apple A13 prosessorundan gedir. Sözügedən prosessorun istehsalı ilə TSMC (Taiwan Semiconductor Manufacturing) şirkəti məşğul olur.
Məlumata əsasən bu prosessorun hələki test məqsədli istehsalına start verilib. Lakin onun irimiqyaslı istehsalına bu ayın sonunda start veriləcək. Buna görə də Apple şirkəti A13 prosessorunun çatışmazlığı problemi ilə qarşılaşmayacaq. Qeyd etmək lazımdır ki, bu il də 3 ədəd iPhone modelinin təqdim olunacağı gözlənilir: iPhone XI, iPhone XI Max və iPhone XR 2019.
Məlumata əsasən iPhone XI modeli 5.8 düym OLED ekran, iPhone XI Max modeli 6.5 düym OLED ekran, iPhone XR 2019 modeli isə 6.1 düym LCD ekran ilə təchiz olunacaq. Bununla yanaşı gözləntilərə əsasən iPhone XI ilə iPhone XI Max modelləri üçlü arxa kameraya, iPhone XR 2019 modeli isə ikili arxa kameraya sahib olacaq. İlkin məlumatlara əsasən A13 prosessorunu bu il təqdim olunacaq hər 3 iPhone modeli əldə edəcək. Yeni iPhone modellərinin təqdimatlarının bu ilin sentyabr ayında baş tutacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər