main-post-cover

    Apple şirkəti bu ilki iPhone modellərinin iPhone X səviyyəsində satılacaqlarına ümid edir

    Elm & Texnologiya
    26.07.2019
    Farid Pardashunas
        Apple şirkəti bu il təqdim olunacaq iPhone XI, iPhone XI MaxiPhone XR 2019 modelləri üçün 2019-cu ilin sonuna kimi 75 milyon detal istehsalını sifariş verib. Bu barədə Bloomberg saytına istinadən Macdigger saytı xəbər verib. Beləliklə Apple şirkəti bu ilin sonuna kimi 75 milyon ədəd yeni iPhone modeli satmağı planlaşdırır.
        Bu isə keçən ilki iPhone modellərinin ilin sonuna kimi olmuş satış göstəriciləridir. Çox güman ki, bəzi yeni proqram və texniki yenilənmələr sayəsində Apple şirkəti yeni iPhone modelləri üçün stabil tələbatı proqnozlaşdırır. Keçən il Çin bazarındakı tələbatın aşağı düşməsi nəticəsində iPhone modellərinin satışları zəifləmişdi. Bu səbəbdən Apple şirkəti artıq OLED ekranlarının sifarişinə görə Samsung-a vəsait ödəmişdi. Analitiklər istisna etmirlər ki, həmin hadisə bu ilki iPhone modelləri ilə də baş verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər