main-post-cover

    Apple şirkəti bu ilki iPhone modellərinin təqdimat tarixini açıqladı

    Elm & Texnologiya
    30.08.2018
    Farid Pardashunas
        Apple şirkəti rəsmi olaraq yeni iPhone modellərinin təqdimat tarixini açıqladı. Beləliklə yeni iPhone modellərinin təqdimatı 12 Sentyabr tarixində Apple Park kampusunun Steve Jobs adına teatrında baş tutacaq. Adətən şirkət öz Sentyabr təqdimatını Çərşənbə axşamı keçirdir. Lakin bu il Çərşənbə axşamı məhz 11 Sentyabr tarixi ilə üst-üstə düşür. Belə ki, 2001-ci ildə baş vermiş 11 Sentyabr terror hadisəsi səbəbilə şirkət təqdimatı bir gün sonraya təxirə salmalı olub. Şirkətin saytında təqdimata rəsmi dəvətnamə də yerləşdirilib. Dəvətnamədə isə qızılı rəngdə üzük şəkli əks olunub. Bəlkə də bu, yeni iPhone modellərinin qızılı rəngdə olacaqlarına bir işarədir. Artıq çoxdan bəri məlumatlar gəzir ki, şirkət bu il 3 ədəd yeni iPhone modelini təqdim edəcək. Bu məlumatı həmçinin bir çox nüfuzlu analitiklər də təsdiqləyiblər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər