main-post-cover

    Apple şirkəti bugün 42-ci ilini qeyd edir

    Elm & Texnologiya
    01.04.2018
    Orxan Oguz
    Apple Inc. və ya köhnə adı ilə Apple Computer Inc., 1 aprel 1976-cı ildə qurulan mərkəzi Cupertinovada yerləşən texnologiya şirkətidir. Technote olaraq bugün bu şirkətin 42-ci ilini qeyd edirik. Şirkət haqqında bəzi vacib faktları üzə çıxarmışıq;
    • Apple əldə etdiyi gəlir baxımından dünyanın ən böyük telefon istehsalı baxımından isə ikinci ən böyük şirkətidir
    • Şirkətin dünyada 115.000-dən çox işçisi mövcuddur 
    • Apple iPad-lərdə istifadə olunan retina ekran ilk dəfə Samsung tərəfindən istehsal olunub
    • Rəsmi məlumatlara görə şirkət dəqiqədə 300.000 dollar qazanır
    • Şirkətin qurucu ortağı Steve Wozniak öz payını vaxtilə 800 dollar qarşılığında satmışdı. Əgər satmasaydı hal-hazırki payı 35 milyard dollar olacaqdı
    • Apple şirkətinin nəğd axını ABŞ xəzinəsində olduğundan daha çoxdur
    • Apple iPhone satışları Microsoft şirkətinin istehsal etdiyi bütün cihaz və proqramların satışından daha çoxdur
    • Bugün Apple markasının dəyəri 118.9 milyard dollardır və bu miqdar markanı dünyanın ən dəyərli markası edir
    • Şirkət bugün 17 fərqli ölkədə ümumi 475 pərakəndə satış nöqtəsinə sahibdir
    • iPhone reklamlarının hamısında istifadə olunan cihazlarda saat 9:41-i göstərir
    • Bu vaxt Stive Jobs-un iPhone cihazını 2007-ci ildə mediaya ilk dəfə təqdim etdiyi vaxtdır
    • 1976-cı ildə Steve Jobs-un qarajında hazırladığı Apple-1 komputeri 2014-cü ildə bir muzeydə 905.000 dollara satılıb. 
    • Yaponiyada bir nəfər Apple mağazasının qarşısında iPhone 6 cihazının satışa təqdim olunacağı günə qədər 6 ay gözləmişdir. 
    • Şirkətin dəyəri 2015-ci ildə İsveçrə Nigeriya və İsveç kimi ölkələrin dəyərini arxada qoyur
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər