main-post-cover

    Apple şirkəti CES 2019 sərgisinin iştirakçılarını trollayıb

    Elm & Texnologiya
    07.01.2019
    Farid Pardashunas
        Apple şirkəti digər smartfon istehsalçılarının iştirak etdikləri böyük sərgilərdə çıxış etmir. Lakin bununla belə şirkət bu mövzuda digər təmsilçiləri trollamağı sevir. Beləliklə bir neçə gün bundan öncə Las Veqasda yerləşən SpringHills adlı hotelin binasının divarında böyük bir banner yerləşdirilmişdi. Bu barədə Engadget saytı xəbər verib. Həmin bannerin üzərində isə belə bir yazı var: “What happens on your iPhone, stays on your iPhone” (“Sizin iPhone-nunuzda baş verən hər bir şey sizin iPhone-nunuzda qalır”).

        Bu cümlə isə məşhur “Veqasda baş vermiş hər bir şey Veqasda qalır” cümləsinə işarədir. Yerləşdirilmiş bannerdə həmçinin apple.com/privacy linki də əks olunub. Həmin linkə daxil olmaqla istifadəçi Apple Pay, Face ID və şirkətin digər məhsullarının təhlükəsizlikləri barəsində məlumatlar əldə edə bilər.
        Maraqlısı ondadır ki, sözügedən banner artıq sabahdan start götürəcək CES 2019 sərgisi ərəfəsində yerləşdirilib. Sərginin iştirakçıları mütləq ki, Apple şirkətinin bu trolunu görəcəklər. Çox güman ki, bu üsulla Apple şirkəti Android cihazlarda böyük problemə çevrilmiş istifadəçi məlumatlarının qorunması özəlliyinə işarə edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin özü CES və bu kimi digər sərgilərdə iştirak etmir. Bunun yerinə şirkət öz məhsullarını özünün keçirtdiyi tədbirlərdə təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər