main-post-cover

    Apple şirkəti çinli və hindistanlı istehlakçılar tərəfindən qeyri-rəsmi boykot ilə qarşılaşıb

    Elm & Texnologiya
    08.01.2019
    Farid Pardashunas
        Bank of America Merrill Lynch-in analitikləri güman edirlər ki, Apple şirkəti çinli və hindistanlı istehlakçılar tərəfindən qeyri-formal boykot ilə qarşılaşıb. Bu barədə Bloomberg saytı xəbər verib. Bankın tədqiqat qrupunun aparmış olduğu sorğu nəticəsinə əsasən Çindən və Hindistandan olan istehlakçılar öz smartfonlarını iPhone modellərinə dəyişməkdə o qədər də maraqlı deyillər və əsas üstünlüyü Xiaomi ilə Samsung məhsullarına verirlər.
        Bundan əlavə olaraq Apple şirkətinin məhsullarının satışını reallaşdıran dilerlər də Çində sözügedən şirkətin smartfonlarına tələbatın az olması səbəbilə satışların aşağı düşməsini müşahidə edirlər. Analitiklər buna səbəb kimi 3 faktoru görürlər:
    1. ABŞ ilə Çin arasındakı ticarət müharibəsi qorxusu artıq ABŞ-ın səhm bazarını bir qədər çökdürüb və Çin tərəfindən ola biləcək sərt məhdudiyyətlərin qorxusu bu təzyiqi daha da artırır.
    2. Ticarət müharibəsi Çinin valyutası yuanın dəyərini aşağı salır. Bu isə ABŞ-ın geniş çeşiddə olan məhsullarının rəqabət səviyyəsini və xaricdən olan dollar gəlirinin dəyərini aşağı salır.
    3. ABŞ məhsullarına olan qeyri-rəsmi boykot hər iki ölkə üçün ticarət qıtlığı səviyyəsini yüksəldir.
        Bloomberg saytı bildirib ki, yaxın zamanda dəyişiklik olmasa Xiaomi-nin yüksək sürətlə böyüməsi nəticəsində Apple şirkəti Çində ən çox satış reallaşdıran ilk 3 şirkət siyahısından çıxa bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər