main-post-cover

    Apple şirkəti də ekran üzərində ön kamera üçün kiçik dairəvi hissəli iPhone istehsal edəcək

    Elm & Texnologiya
    25.12.2018
    Farid Pardashunas
        Görünür, Apple şirkəti mobil bazarda dizayn dəbini formalaşdırmaq ğzəlliyini itirərək bu dəfə çinli rəqiblərindən nəsə götürəcək. Belə ki, Apple şirkəti də ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə dizaynına keçid etməyi planlaşdırır. Ice Universe adlı məşhur insayderin verdiyi məlumata əsasən Samsung Huawei şirkətlərinin ardınca Apple da ekran üzərində kiçik dairəvi hissəli iPhone modellərini istehsal edəcək.

        Bu cür ekran dizaynını Galaxy A8sHonor View 20 smartfon modelləri artıq əldə ediblər. Lakin Apple deyəsən hamıdan gec tərpənəcək. Belə ki, yeni ekran dizaynına sahib iPhone modellərini 2020-ci ildən tez gözləmək lazım deyil. Çox güman ki, bu, 5G dəstəkli iPhone modeli olacaq. Gələn il üçün isə iPhone modellərində qlobal dəyişikliklərin olacağına ümid etmək lazım deyil. Onlar da indiki modellər kimi standart çıxıntı hissəyə sahib olacaqlar. Şirkətin həmçinin ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına keçid etməsi də 2020-ci ilə gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər