Logo
    Apple şirkəti Drive.ai adlı startapı aldı

    Apple şirkəti Drive.ai adlı startapı aldı

        Apple şirkəti Drive.ai adlı startapı aldı. Bu startap pilotsuz avtomobillər üçün süni zəka texnologiyası əsasında avtonom idarəetmə sistemlərinin yaradılması ilə məşğul olur. Bu barədə Axios saytına istinadən Rusbase saytı xəbər verib. Hər iki tərəf arasında bağlanmş müqavilənin dəyəri barəsində məlumat verilmir. Lakin Axios saytının fikrincə şirkət sözügedən startapın alışına 77 milyon dollardan az vəsait xərcləyib.
      Drive.ai 2015-ci ildə yaradılıb və həmin vaxtdan bəri o məhz 77 milyon dollar investisiya əldə edib. 2017-ci ildə isə Drive.ai-nın bazar dəyəri 200 milyon dollar təşkil etmişdi. Məlumata əsasən Apple şirkəti həmçinin Drive.ai-nın pilotsuz avtomobillərini və digər aktivlərini də alıb. Məlumatda qeyd edilib ki, Apple ilə yanaşı bu startapın daha bir neçə potensial alıcısı var idi. Bu müqavilə isə öz növbəsində Apple şirkətinin pilotsuz avotmobillərin inkişaf etdirilməsi planını təsdiqləyir.
      Drive.ai bu ilin fevral ayından bəri özü üçün alıcı axtarırdı. 2 həftə bundan öncə isə şirkət özünün əməliyyat biznesinə son qoymuşdu. Drive.ai pilotsuz avtomobilləri süni zəka texnologiyası vasitəsilə tamamilə sərbəst şəkildə hərəkət edirlər. Bununla yanaşı həmin avtomobilləri uzaqdan idarəetmə sistemi vasitəsilə də idarə etmək mümkündür. Sözügedən avtomobillərin üzərində isə xüsusi tablolar yerləşdirilib və digər avtomobillər həmin tablolardakı hərəkət təsviri vasitəsilə Drive.ai avtomobillərinin necə hərəkət edəcəklərindən xəbərdar olurlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple şirkəti Drive.ai adlı startapı aldı