main-post-cover

    Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID'li iPhone istehsal etməyəcək

    Elm & Texnologiya
    05.09.2018
    Farid Pardashunas
        Apple şirkəti smartfon ekranına inteqrasiya olunmuş Touch ID texnologiyasından imtina etməyi planlaşdırır. Bunun yerinə şirkət iPhone X-də təqdim olunmuş Face ID texnologiyasını inkişaf etdirməyi düşünür. Bu barədə məşhur analitik Ming-Chi Kuo bildirib. Bu cür qərarın verilməsində əsas səbəblərdən biri o ola bilər ki, OLED ekranların müasir versiyaları bütün ekran üzrə identifikasiya ötürücülərini dəstəkləmirlər. Bununla belə Android smartfon istehsalçıları bu texnologiya da maraqlıdırlar.
        Bu isə o deməkdir ki, iOS isə Android cihazlar arasında bir növ rəqabət gedəcək. Face ID texnologiyası, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına qarşı. Ming-Chi Kuo-nun yeni hesabatında qeyd olunub ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası (Fingerprint On Display, FOD) 2019-cu ildə 500% yüksələcək. Belə ki, Android smartfon istehsalçıları bu istiqamətdə işlər görürlər. Lakin Apple şirkəti yaxın bir neçə il ərzində bu yeni texnologiyanı öz smartfonlarında tətbiq etməyəcək. Bu il ərzində bir neçə dəfə məlumat yayılmışdı ki, guya Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID texnologiyası üzərində çalışır.
        Ming-Chi Kuo-nun fikrincə təhlükəsizlik baxımından Apple şirkətinin biometrik skan üsulu iPhone smartfonunda yaxşı çalışır. Android smartfonlar isə Fingerprint On Display texnologiyasının test mərhələsi üçün uyğun sahə ola bilər. Ming-Chi Kuo-nun düzgün məlumat verdiyi halda belə bu o demək deyil ki, Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID texnologiyasından tamamilə imtina edəcək. Şirkət sadəcə olaraq bu texnologiyanın yetəri qədər inkişaf etməsini gözləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər