main-post-cover

    Apple şirkəti ən ucuz iPad modelini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    27.03.2018
    Farid Pardashunas
        Hal hazırda Çikaqoda keçirilən təqdimat çərçivəsində Apple şirkəti özünün ən ucuz iPad modelini təqdim etdi. Sözügedən iPad modeli təhsil seqmenti üçün nəzərdə tutulub. Beləliklə təqdim olunmuş yeni iPad 9.7 inç Retina ekran, A10 Fusion prosessoru, 8 MP-lik arxa kamera, FaceTime üçün ön panel tərəfdən HD kamera, Touch ID texnologiyası, GPS, LTE dəstəyi və 10 saat çalışmaq imkanını verən batareya ilə təchiz olunub. Bundan əlavə olaraq yeni iPad modeli iPad Pro modelləri kimi Appel Pencil-dən istifadəni dəstəkləyir.

        Yeni iPad üçün şirkət həmçinin bir sıra proqram funksiyalarını da təqdim edib. Beləliklə iWork adlı bütün ofis proqramları yenilənəcək və Apple Pencil dəstəyi əldə edəcək. Bundan əlavə olaraq GarageBand Clips tətbiqləri də yenilənərək uşaqlar üçün yeni kontentlər ilə dolacaqlar. Shared iPad funksiyası sayəsində planşetdə bir sıra hesablar yaratmaq mümkün olacaq. Məsələn bir iPad-ə bir neçə sinif şagirdinin hesabını daxil etmək olacaq. Həmçinin şagirdlər üçün iCloud servisində faylların pulsuz yerləşdirilməsi yeri 5 GB-dan 200 GB-a yüksəldilib. Yeni iPad 329$ qiymətində olacaq, lakin məktəblər onu 299$-a ala biləcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər