Apple şirkəti filmlərdəki mənfi obrazlara iPhone-dan istifadəni icazə vermir

Apple şirkəti filmlərdəki mənfi obrazlara iPhone-dan istifadəni icazə vermir

Texnologiya
27.02.2020 PAYLAŞIM

    Apple şirkəti istehsal etdiyi və satışa çıxartdığı məhsullarının keyfiyyətlərindən əlavə olaraq filmlərdə öz məhsullarının hansı ampluada təqdim edildiklərinə də nəzarət edir. Belə ki, “Knives Out” filminin rejissoru Rian Johnson qeyd edib ki, Apple şirkəti rejissorlara iPhone cihazlarının mənfi personajlar üçün nəzərdə tutulmuş rekvizit qismində istifadəsini qadağan edir. Bu barədə Macrumors saytı xəbər verib. Rejissor qeyd edib ki, filmlərdəki mənfi personajların iPhone-dan istifadə etmələri şirkət tərəfindən heç də xoş qarşılanmır.

    Belə ki, izləyicilərdə şirkətin məhsulları ilə bağlı mənfi fikirlər yarana bilər. “Yox, təbii ki, siz, əlində iPhone tutan personajı çəkə bilərsiniz Bunu söyləməyimin nə dərəcədə düzgün olduğunu bilmirəm amma əgər baş və ya ikinci dərəcəli personaj mənfi obrazı canlandırırsa, onun iPhone-dan istifadə etməsinə icazə yoxdur” - deyə Rian Johnson qeyd edib. Apple şirkətinin ticarət nişanları və müəllif hüquqlarının istifadəsi qaydalarında tam aydın şəkildə qeyd edilib ki, onun məhsulları tamamilə müsbət tərəfdən təqdim edilməlidir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SMS və MMS-in yerinə 5G mesajlar standartı gələcək

Çinin China Mobile, China Telecom və China Unicom kimi böyük operatorlarının keçirtdikləri online ko..


Honor 30 Pro flaqman smartfon modelinin rəsmi fotoları təqdim olundu

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor, 15 aprel tarixində Honor 30 flaqman..


Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər v..

Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hes..


Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələri..

Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 v..


WhatsApp Beta yeniləndi: Bu səfər daha 3 yenilik əlavə olundu

WhatsApp Beta bu səfər də 3 yenilik ilə gəlir. Qısa zamanda stabil versiya da bu yenilikləri əldə ed..


Ən sürətli və ən güclü notbuk prosessoru: AMD Ryzen 9 4800HS

AMD şirkətinin Zen 2 arxitekturasında hazırladığı Ryzen 9 4800HS ən sürətli notbuk prosessoru oldu...