Apple şirkəti gələcək iPhone modellərini ildə iki dəfə təqdim edə bilər

Apple şirkəti gələcək iPhone modellərini ildə iki dəfə təqdim edə bilər

Texnologiya
03.12.2019 PAYLAŞIM

    Görünür, Apple şirkəti öz iPhone modellərinin təqdimat tarixi strategiyasını dəyişməyi planlaşdırır. Belə ki, JP Morgan şirkətinin analitiki Samik Chatterjee-nin sözlərinə əsasən 2021-ci ildən başlayaraq Apple şirkəti yeni iPhone modellərini ildə iki dəfə təqdim edəcək. İlk iki iPhone modeli ilin birinci yarısında, növbəti iki iPhone modeli isə ilin ikinci yarısında təqdim olunacaq. Bu barədə CNBC saytı xəbər verib.

    Bu cür strategiya isə öz növbəsində smartfon bazarındakı digər rəqiblərlə daha yaxşı rəqabət aparmağa imkan verəcək. Bundan əlavə olaraq analitik gələn ilki iPhone modelləri barəsində də məlumat verib. Onun sözlərinə əsasən şirkət gələn il 3 deyil 4 iPhone modeli təqdim edəcək və bütün iPhone modelləri OLED ekranlar ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, məlumata əsasən Apple hal hazırda iPhone SE 2 üzərində çalışır. Gözləntilərə əsasən smartfon gələn ilin mart ayında təqdim olunacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür..

Windows 10 əməliyyat sisteminin Your Phone tətbiqi vasitəsilə artıq Android telefonlara gələn zənglə..


Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır..

Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb.