main-post-cover

    Apple şirkəti gələn ildən öz məhsullarının satış hesabatlarını təqdim etməyəcək

    Elm & Texnologiya
    02.11.2018
    Farid Pardashunas
        Bəzi analitiklər Apple şirkətinin bu ilin 4-cü rübündə olmuş məhsullarının uğurlu satılmasına şübhə ilə yanaşıblar. Bu hadisədən sonra şirkətin səhm qiymətləri bir qədər aşağı düşüb və nəticədə şirkətin də dəyəri düşüb. Lakin müəyyən müddətdən sonra hər şey qaydasına düşüb. Lakin bu cür hal Apple şirkətinin kəskin bəyanat verməsinə səbəb olub. Belə ki, şirkətin maliyyə direktorunun verdiyi xəbərə əsasən 2019-cu ildən başlayaraq şirkət öz cihazlarının satış hesabatlarını təqdim etməyəcək.
        Bura iPhone, iPadMac kompüterlərinin satış göstəriciləri daxildir. Apple rəhbərliyi düşünür ki, hesabatlardakı rəqəmlər şirkətin əsl biznes modelini əks etdirmir və bəzi hallarda üstəlik şirkətə mane olur. Apple onsuz da şəffaf şirkət olmaqdan çıxmışdı. Belə ki, o artıq uzun müddətdir ki, Apple Watch, Apple TvHomePod cihazlarının satış göstəriciləri hesabatlarını təqdim etməkdən imtina edib. İndi isə növbə iPhone, iPad və Mac kimi məhsullara çatıb. Qeyd etmək lazımdır ki, şirkət sonuncu rübdə 46.9 milyon ədəd iPhone, 9.7 milyon ədəd iPad və 5.3 milyon ədəd Mac sata bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər