main-post-cover

    Apple şirkəti həm Touch ID'yə həmdə Face ID'yə sahib iPhone istehsal edə bilər

    Elm & Texnologiya
    17.12.2018
    Farid Pardashunas
        Apple şirkəti Touch ID ilə Face ID-nin eyni zamanda bir cihazda çalışmasına imkan verən yeni texnologiyanın patentini əldə edib. Bu barədə 9to5Mac saytı xəbər verib. Baxmayaraq ki, Face ID texnologiyası özünü təhlükəsizlik sisteminin əsas üstünlüyü kimi qələmə verir, yenə də bir sıra hallarda bu texnologiya düzgün şəkildə çalışmır. Bu halda istifadəçi öz iPhone modelini yenidən blokdan çıxartmalı və ya xüsusi şifrəni yığmalı olur.
        Beləliklə Apple şirkətinin yeni patentində bu proseslərin Touch ID ilə əvəz edilməsi təklif olunur. Başqa sözlə desək, əgər Face ID texnologiyası istifadəçinin üzünü düzgün şəkildə təyin edə bilməsə, onda smartfonu blokdan çıxartmaq üçün istifadəçiyə Touch ID texnologiyasından istifadə etmək təklif olunsun. Patent fotolarında Home fiziki düyməsinə sahib iPhone modeli əks olunub. Qeyd etmək lazımdır ki, şirkət öz texnologiyalarının necə çalışmasını sərgiləmək üçün patent sorğularında əsasən köhnə model iPhone modellərindən istifadə edir. Əgər Apple şirkəti nə vaxtsa Touch ID ilə Face ID texnologiyalarını bir smartfonda ərsəyə gətirsə, böyük ehtimalla Touch ID texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək.

        Bundan əlavə olaraq patentdə qeyd olunub ki, istifadəçi üzünün təyin edilməsi texnologiyası həmdə ağıllı saatlarda da istifadə edilə bilər. Lakin bu daha çox gələcək perspektiv üçün nəzərdə tutulub. Belə ki, Apple Watch-da hələki adi kamera belə yoxdur. Buna görə də hazırki mərhələdə TrueDepth sistemindən söhbət açmağa ehtiyac belə yoxdur. Onu da nəzərə almaq lazımdır ki, bu sadəcə bir patentdir. Bu o demək deyil ki, şirkət mütləqki hər iki texnologiyanı özündə birləşdirəcək smartfonu istehsal edəcək. Lakin bu ehtimalı da istisna etmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər