main-post-cover

    Apple şirkəti həm VR həmdə AR'ı dətəkləyəcək cihaz üzərində çalışır

    Elm & Texnologiya
    28.04.2018
    Farid Pardashunas
    Apple şirkəti həm VR (virtual reallıq) həmdə AR-ı (artırılmış reallıq) dəstəkləyəcək xüsusi cihaz üzərində çalışır. Bu barədə CNET saytı xəbər verib. Məlumata əsasən T288 adlı layihə hələki ilkin mərhələdədir və cihazın satışa çıxması 2020-ci ildən tez planlaşdırılmır. Həmçinin Apple şirkəti texniki və marketing araşdırmalarından sonra nəticə etibarilə bu layihədən imtina da edə bilər.
    Sözügedən cihaz çox güman ki, istifadəçi gözləri üçün nəzərdə tutulmuş keyfiyyəti 8K-dan yüksək olan 2 ədəd ekran və ətraf mühitdən olacaq təsviri ötürəcək kameraya sahib olacaq. Cihaz 60GHz WiGig texnologiyası əsasında çalışacaq. Buna görə də ona heç bir qoşulma naqili lazım olmayacaq. Bundan əlavə olaraq cihazın çalışması üçün ona hansısa tətbiqi və ya əməliyyat sistemini yazmağa da ehtiyac olmayacaq. Bütün bu özəlliklər cihazın daxilində olacaq. Cihaz barəsində isə digər məlumatlar gizli olaraq saxlanılır. Apple şirkəti ənənəvi olaraq bu məlumat üzrə heç bir rəy bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər