main-post-cover

    Apple şirkəti ikinci nəsil naqilsiz AirPods qulaqlığını təqdim edib

    Elm & Texnologiya
    21.03.2019
    Farid Pardashunas
        Yeni iPad modellərinin təqdimatı ilə yetinməyərək Apple şirkəti çoxdan gözlənilən ikinci nəsil naqilsiz AirPods qulaqlıqlarını təqdim edib. Yeni qulaqlıqlarda şirkət qulaqlıqların çalışma vaxtının yüksəlməsini, səsli köməkçi ilə yeni qarşılıqlı əlaqə üsulunu və naqilsiz şarj texnologiyasını reallaşdırıb. İkinci nəsil AirPods qulaqlığı Apple şirkəti tərəfindən hazırlanmış H1 adlı prosessor ilə təchiz olunub. Bu prosessor aktiv cihazlar arasındakı keçidi iki dəfə və telefon danışıqları zaman məlumatların ötürülməsini isə 1.5 dəfə tez reallaşdıra bilir.

        Smartfonda oyun oynayarkən AirPods-un siqnal gecikməsi 30% aşağı düşüb. Bundan əlavə olaraq yeni AirPods 2-də “Hey Siri” əmri vasitəsilə səsli köməkçini də aktivləşdirmək mümkündür. İkinci nəsil AirPods-un əsas özəlliklərindən biri də Qi texnologiyası dəstəkli yeni keysdir. Keysi naqilsiz şarj stansiyasının üzərinə yerləşdirən zaman keysin ön panelində şarj prosesinin reallaşdırılması üzrə xüsusi indikatorun işığı yanır. Bununla yanaşı keysin şarjı üçün standart Lightning girişindən də istifadə etmək olar.

        Bir dəfə şarj olunandan sonra AirPods 2 vasitəsilə 5 saat musiqi dinləmək olar. Keyslə birlikdə həmin vaxt 24 saat təşkil edir. Keys daxilində 15 dəqiqəlik şarj prosesi sayəsində AirPods 2 ilə 3 saat musiqi dinləmək və 2 saat telefon danışığı aparmaq olar. Beləliklə AirPods 2-ni artıq indidən Apple saytında sifariş etmək olar. Naqilsiz şarj keysinə sahib versiya 200$-a, adi keysə sahib versiya isə 160$-a satılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər