main-post-cover

    Apple şirkəti Intel'ın mobil modem biznesini almağı planlaşdırır

    Elm & Texnologiya
    29.04.2019
    Farid Pardashunas
        The Wall Street Journal saytı xəbər verib ki, Apple şirkəti Intel-ın smartfonlar üçün modem istehsalı biznesini almağı planlaşdırır. Bu barədə Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Intel şirkəti bildirmişdi ki, o, özünün 5G modem istehsalı ideyasından imtina edib. Buna görə də Apple şirkəti Intel-ın təmsilçiləri ilə görüş keçirib və həmin görüşdə mümkün alışın qiyməti və şərtləri müzakirə olunub.
        Intel şirkətinin 5G texnologiyası sahəsindəki texnologiyaların alınması barəsində məsələni Apple şirkəti daha öncələrdə də qaldırmışdı. Bu məsələ ilə bağlı görüşlərin ilk raundu hələ 2018-ci ilin yay fəslində başlamışdı. Həmin görüşdən sonra hər iki tərəfin təmsilçiləri il ərzində mütəmadi olaraq görüşüblər. Lakin Qualcomm şirkəti Apple ilə patent məsələsində məhkəmə prosesini nizamlayandan sonra Intel ilə görüşlər barədə məlumatlar bir də ortaya çıxmadı.
        Qualcomm ilə Apple şirkətləri arasında sülh bağlanmamışdan əvvəl Intel şirkəti öz 5G modemini hazırlayıb bitirməyi və iPhone 2020 modelləri üçün həmin modemlərin istehsalı ilə bağlı Apple şirkəti ilə müqavilə bağlamaq niyyətində idi. İndi isə vəziyyət dəyişib. Belə ki, yeni iPhone modellərində yalnız Qualcomm şirkətinin istehsalı olan modemlər olacaq. Intel şirkəti öz növbəsində etiraf edib ki, şirkət öz modem biznesini satmaq imkanını axtarır və hal hazırda müxtəlif təkliflər üçün açıqdır. Lakin buna baxmayaraq şirkət konkret qiymət göstəricisi barəsində heç bir məlumat vermir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər