Apple şirkəti Intel'in modem istehsalı biznesini 1 milyard dollara ala bilər
Elm & Texnologiya
23.07.2019
Farid Pardashunas
Apple şirkəti Intel-in smartfonlar üçün olan 5G modem istehsalı biznesinin alınması üzrə şirkət ilə danışıqlar aparır. Bu barədə The Wall Street Journal və Bloomberg saytlarına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən hər iki şirkət arsında bağlana biləcək müqavilənin dəyəri 1 milyard dollar təşkil edir. Əgər danışıqlar yolunda getsə şirkətlər razılığın əldə olunmasını 4 avqust tarixinə kimi elan edəcəklər.
Hər iki şirkətin təmsilçiləri bu mövzu barəsində rəy bildirməkdən imtina ediblər. Bu müqavilə öz növbəsində Apple şirkətinə Intel-in texnologiyalarının əldə olunmasına və həmin texnologiyalardan istifadə edərək öz smartfonlarına 5G şəbəkəsinin əlavə olunmasına yardımçı ola bilər. Bu isə Apple şirkətinə çox böyük vaxtın qənaət edilməsinə şərait yarada bilər.
Intel isə daimi vəsait itkisini gətirən istehsalatdan canını qurtara və digər cihazlar üçün 5G texnologiyalarının istehsalına fokuslana bilər. The Wall Street Journal saytının məlumatlarına əsasən Apple ilə Intel artıq 1 ildir ki, mütəmadi şəkildə bu mövzunun müzakirəsini edirlər. Aprel ayında isə məlum olmuşdu ki, Apple şirkəti ilə Qualcomm arasındakı razılığın əldə olunması səbəbilə Intel şirkəti ilə olan danışıqlar dayandırılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ