
Apple şirkəti iPhone 5G-nin hazırlanmasında Qualcomm ilə birlikdə çalışır
Elm & Texnologiya
05.12.2019
Emil
5G dəstəkli iPhone-nun tez bir zamanda satışa çıxması üçün Apple və Qualcomm şirkətləri birlikdə çalışırlar. Bu cür bəyanatı Qualcomm şirkətinin prezidenti Cristiano Amon, Qualcomm Snapdragon Tech Summit 2019 tədbirində verib. Bəzi məlumatlara əsasən Apple şirkəti gələn ilin sentyabr ayında 5G dəstəkli 4 ədəd iPhone modeli təqdim edəcək.
Bu barədə Macrumors saytı xəbər verib. Cristiano Amon qeyd edib ki, Apple şirkəti Qualcomm üçün çox perspektivlidir və yeni iPhone-ların vaxtında satışa çıxması üçün Qualcomm bütün səylərini ortaya qoyacaq. Bundan əlavə olaraq məlumdur ki, iPhone 5G-də Qualcomm istehsalı modemlərdən istifadə olunacaq.
Lakin modemdə olacaq radiotezlikli blokun özü digər istehsalçıların komponentlərindən ibarət olacaq. Bundan əlavə olaraq Cristiano Amon qeyd edib ki, Qualcomm şirkəti Apple ilə uzunmüddətli müqavilə bağlayıb və şirkət birgə iş nəticəsində əldə edilmiş texnoloji üstünlüklərdən razıdır.
Paylaş
Bənzər xəbərlər