Apple şirkəti iPhone 6s, 6s Plus və iPhone SE modellərinin satışlarını dayandırdı
Elm & Texnologiya
13.09.2018
Farid Pardashunas
Hər ilki təqdimatdan sonra Apple şirkəti bu dəfə də öz
saytında iPhone bölməsini yenilədi. Beləliklə iPhone Xs, iPhone Xs Max və
iPhone Xr modellərinin saytda təqdim olunması ilə birlikdə həmin bölmədən
iPhone 6s, 6s Plus və iPhone SE modelləri çıxarıldı. iPhone 6s və 6s Plus
modellərinin satışlarının dayandırılması heç təəccüblü deyil. Belə ki, Apple
şirkəti artıq uzun illərdir ki, yalnız 3 nəsil cihazları reallaşdırır.
Buna görə
də hal hazırda şirkətin saytında iPhone 7, iPhone 8 smartfonlarını almaq və
yeni təqdim olunmuş iPhone modellərinin ön sifarişini reallaşdırmaq olar. Lakin
iPhone SE modelinin satışlarının dayandırılması böyük olmayan smartfonları sevənlər
üçün heç də yaxşı xəbər deyil. Belə ki, iPhone SE 2-nin reallaşacağına heç bir
işarə yoxdur. Pis halda bu o deməkdir ki, kompakt iPhone modelləri dövrü artıq
geridə qaldı.
Belə ki, təqdim olunmuş iPhone modellərindən ən kompakt olanı 5.8
inç ekranlı iPhone Xs-dir. iPhone 7 və iPhone 8 modelləri isə ondan nəzərə
çarpmayacaq dərəcədə kiçik ölçülərə sahibdirlər. Bundan əlavə olaraq Apple şirkəti
iPhone SE modelini yaxşı texniki göstəricilərə sahib olan büdcəli smartfon kimi
təqdim etmişdi. Bu ilki ən ucuz iPhone modeli isə iPhone Xr-dir. Onun qiyməti
750$-dan başlayır. Belə qiymət göstəricisinə sahib smartfonu isə heç cürə büdcəli
model adlandırmaq olmaz. Qeyd etmək lazımdır ki, iPhone SE smartfonunu almaq
istəyib də vaxtında almayanlar hələ də onu bir sıra telefon mağazaları şəbəkələrindən
əldə edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)