Apple şirkəti iPhone batareyalarının fərdi dəyişdirilməsini qadağan edir

08.08.2019 0 PAYLAŞIM 157 OXUNMA

    Apple şirkətinin iPhone modellərinin təmirinə yönəlik siyasəti istifadəçilər tərəfindən dəfələrlə tənqid atəşinə tutulub. Buna baxmayaraq Apple şirkəti istifadəçilərdən iPhone modellərinin təmiri üçün rəsmi Apple servis mərkəzlərinə müraciət etməyi tələb edir. iPhone modellərinin təmiri məsələsində yeni mövzu kimi batareyalar çıxış edib. Belə ki, iPhone batareyasının fərdi şəkildə dəyişdirilməsi heç də xoş olmayan sürprizi verə bilər. Belə ki, məşhur iFixit saytı iPhone modelinin batareyasının fərdi şəkildə dəyişdirilməsi zamanı batareyanın bloklanması problemini aşkar edib.

    Bu sayt müxtəlif smartfon modellərinin hissələrə ayrılıb incələnməsi ilə məşhurdur. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə iFixit saytının məlumatına əsasən unikal autentifiksiya açarına sahib Texas Instruments adlı yoxlayıcı sistemə sahib olmayan iPhone batareyaları bloklanır. Batareyaları bloklanmış smartfonlarda isə şarj dövrünün sayı, batareyanın maksimal həcmi və onun maksimal performans göstəricisi kimi məlumatlar əks olunmur. Bunun yerinə ayarlardakı batareya bölməsində iPhone modelinin rəsmi Apple xidmət mərkəzində təmir olunmasının lazım olduğu barəsində bildiriş əks olunur.


    Məlumata əsasən bu cür hal iOS 12 və ya iOS 13-ün beta versiyasında çalışan iPhone XS, XS MaxXR modellərində ortaya çıxır. Digər iPhone modelindən batareyanın götürülüb yerəşdirilməsi də vəziyyəti dəyişmir. Çünki iPhone-nun təmiri yalnız rəsmi Apple xidmət mərkəzlərində olan xüsusi avadanlıq vasitəsilə reallaşdırılmalıdır. Mütəxəssislərin sözlərinə əsasən Apple şirkəti batareyaların seriya nömrələrini hələ istehsalat zamanı inteqrasiya edir. Bu cür problemlə qarşılaşmamaq üçün isə iPhone təmiri məsələsində mütləq rəsmi Apple xidmət mərkəzinə müraciət etmək lazımdır.