main-post-cover

    Apple şirkəti iPhone ekranının videosunu çəkən tətbiqlərə 24 saat vaxt verdi

    Elm & Texnologiya
    08.02.2019
    Farid Pardashunas
        Dünən xəbər vermişdik ki, iPhone üçün nəzərdə tutulmuş bir sıra məşhur tətbiqlər istifadəçilərin də xəbərləri olmadan iPhone ekranlarında baş verənlərin videosunu çəkirlər. Bu məlumat ortaya çıxandan sonra Apple şirkəti həmin tətbiqlərin tərtibatçılarına 24 saat vaxt verib ki, həmin tərtibatçılar öz tətbiqlərindən smartfon ekranında baş verənlərin videosunu çəkmək funksiyasını işə salan kod sətrlərini çıxartsınlar. Əks halda Apple şirkəti həmin tətbiqləri App Store-dan siləcək. Bu barədə Macdigger saytı xəbər verib.
        Şirkət Glassbox adlı analitika platformasından istifadə edən tətbiqlərin tərtibatçılarına xəbərdarlıq verib. Öz bəyanatında şirkət təmsilçisi bildirib ki, konfidensiallığın təhlükəsizliyi Apple ekosisteminin birinci növbəli tapşırığıdır. “İstifadəçilərin konfidensiallıqlarının qorunması Apple ekosisteminin ilkin və vacib tapşırığıdır. Bizim App Store-da tətbiqlərin yerləşdirilməsi üzrə fəaliyyət göstərən rəhbərliyimiz tələb edir ki, tətbiqlər istifadəçilərdən razılıq əldə etsinlər və ekran videosunun yazılması, istifadəçi aktivliyinin izlənməsi, məlumatların əldə edilməsi məsələlərinin tam vizual təsvirini istifadəçiyə təqdim etsin. Biz artıq tərtibatçıları xəbərdar etmişik ki, onlar bizim qanunlarımızı və konfidensiallıq siyasətini pozurlar. Lazım gəldikdə biz onlara qarşı tədbir görəcəyik” – deyə şirkət təmsilçisi qeyd edib.
        Tərtibatçlara göndərilmiş məktubda Apple şirkəti tələb edir ki, hansısa fəaliyyəti izləməkdən öncə onlar istifadəçilərdən icazə əldə etməlidirlər. Beləliklə tərtibatçılar 24 saat ərzində öz tətbiqlərindən smartfon ekranında baş verənlərin videosunun yazılması funksiyasını işə salan kod sətrlərini çıxartmalıdırlar və həmin tətbiqləri yenidən yoxlanışa göndərməlidirlər. Əgər tərtibatçılar bu öhdəlikləri yerinə yetirməsələr, onların tətbiqləri App Store-dan silinəcək. Maraqlısı ondadır ki, Apple şirkətinin bu bəyanatı istifadəçi məlumatlarının yığılmasının tamamilə qadağan olunmasına yönləndirilməyib. Şirkət sadəcə olaraq bu prosesin reallaşdırılmasından öncə istifadəçilərdən razılığın alınmasını tələb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər