main-post-cover

    iPhone üçün olan bəzi məşhur tətbiqlər gizli olaraq smartfon ekranının videosunu çəkirlər

    Elm & Texnologiya
    07.02.2019
    Farid Pardashunas
        Böyük şirkətlər tərəfindən iOS əməliyyat sistemi üçün hazırlanmış bəzi tətbiqlər analitika xidmətindən istifadə edərək smartfon ekranına toxunuş, səhifələr arasındakı keçid və istifadəçinin xəbəri olmadan smartfon ekranında baş verənlərinin videolarının yazılması da daxil olmaqla vacib məlumatları yığırlar. Bu barədə Macdigger saytı xəbər verib. Abercrombie & Fitch, Hotels.com, Air Canada, Hollister, ExpediaSingapore Airlanes adlı tətbiqlər Glassbox adlı analitika platformasından istifadə edirlər. Bu platforma sayəsində isə tətbiqlərin tərtibatçıları smartfon ekranının videosunun yazılması funksiyasını öz tətbiqlərinə əlavə edə bilirlər.

        Bu üsulla tərtibatçılar istifadəçilərin smartfonlarının ekranlarında baş verənlərin foto və videolarını çəkə bilirlər. Beləliklə onlar istifadəçilərin tətbiqlərlə necə qarşılıqlı əlaqədə olduqlarını anlamağa çalışırlar. Ekrana toxunuş, düyməyə klikləmə və ya virtual klaviaturadan yazılan məlumatların hamısı tərtibatçılara ötürülür. Məsələn Air Canada kimi tətbiqlər əldə olunmuş məlumatları lazımi şəkildə gizlətmirlər. Beləliklə bu cür tətbiqlər əldə olunmuş screenshotlara baxa bilən şirkət əməkdaşlarına pasport nömrələri və kredit kart məlumatlarını verirlər.
        Məlumata əsasən bu tətbiqlərdən hər bri konfidensiallıq siyasətinə sahibdir. Lakin onların heç birində smartfon ekranının fotosunun və ya videosunun çəkilməsi qeyd olunmayıb. Glassbox platforması smartfon ekranında baş verənlərin videosunun çəkilməsi üçün Apple şirkətindən və ya istifadəçilərdən heç bir xüsusi icazə istəmir. Konkret hansısa tətbiqin məlumatlarını yoxlamadan həmin tətbiqin smartfon ekranında baş verənlərin videosunu çəkib-çəkmədiyini bilmək qeyri-mümkündür. İstifadəçilər isə bu tətbiqlərdən sadəcə olaraq istifadə etməsələr yaxşıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər