
Apple şirkətinin yeni patent sorğusunda Body ID adlı yeni texnologiya və mobil cihazlar üçün həmin texnologiyanın müvafiq sensoru barəsində məlumatlar əks olunub. Beləliklə patent məlumatlarına əsasən mövcud digər sistemlərdən fərqli olaraq Body ID təkcə istifadəçinin kimliyini təyin etməklə yetinməyəcək. Belə ki, bu texnologiya həmçinin istifadəçinin səhhətinə də nəzarət edəcək. “Bədən tərkibinin analizi sxeminə sahib elektron cihaz” adlı patentdə istifadəçinin bədənini tamamilə skan və analiz edəndən sonra əldə edilmiş məlumatlar əsasında ona tibbi məsləhətlər verən iPhone-na bənzər cihaz təsvir edilib.
Patent sənədinə əsasən cihaz insan bədənini tam şəkildə və ya onun ayrı-yarı hissələrini skan edə bilər. Bununla yanaşı istifadəçinin nəfəs aldığı və ya hərəkət etdiyi zaman onun videosunun çəkimi özəlliyi də qeyd edilib. Öz yeni patentində Apple şirkəti qeyd edib ki, insan bədənində yağ boyun və yanaqlar kimi müəyyən hissələrdə toplanır. Məhz həmin bədən hissələri Body ID texnologiyasının skanerinə istifadəçinin fiziki vəziyyətindəki dəyişiklikləri monitorinq etməyə imkan verəcəklər. Bu məlumatlar əsasında istifadəçi öz ümumi tibbi vəziyyətinin təsvirini qura bilər. Nəticədə Apple şirkətinin bu cür skanerin kommersiya məqsədli versiyasını reallaşdırıb-reallaşdırmayacağı bilinmir.
Şərh yoxdur