main-post-cover

    Apple şirkəti iPhone'ların qiymət siyasətinə yenidən nəzər salacaq

    Elm & Texnologiya
    30.01.2019
    Farid Pardashunas
        Apple şirkətinin payız fəslində yeni iPhone modellərinin satışlarını reallaşdırmasına baxmayaraq, şirkətin bu ilki maliyyə hesabatları heç də ürəkaçan olmadı. Yeni iPhone modellərinin satışlarının 15% aşağı düşməsi fonunda şirkətin CEO-su Tim Cook bildirdi ki, şirkət öz məhsullarının pərakəndə satış qiymətlərinə yenidən nəzər yetirəcək. Tim Cook-un sözlərinə əsasən yeni iPhone modellərinin satışlarının aşağı düşməsinin əsas səbəbi bir sıra regionların stabil iqtisadiyyata sahib olmamalarıdır.
        Dollar ilə avro məzənnələrinin dəyişməsi flaqman smartfonların rəqabətçil ola bilməmələrinə gətirib çıxardı. Buna görə də şirkət xarici bazarlarda öz qiymət siyasətini dəyişdirmək niyyətindədir. “Yanvar ayında biz bəzi bazarların makroiqtisadiyyatlarını qiymətləndirdik və smartfon satışlarını qaldırmaq üçün daha lokal qiymət göstəricilərinə qayıtmağı qərara aldıq” – deyə Tim Cook bildirib. Qiymət siyasətinin hansı ölkələrdə dəyişəcəyi barəsində Tim Cook məlumat verməyib. Çox güman ki, söhbət, ilk öncə Hindistan və Braziliya bazarlarından gedir. Bir neçə müddət bundan öncə şirkət artıq Çindəki riteylerlərdə qiymətləri aşağı salmağa başladı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər