main-post-cover

    Apple şirkəti iPhone modellərinin istehsalını 10% azaldacaq

    Elm & Texnologiya
    09.01.2019
    Farid Pardashunas
        Apple şirkəti bu ilin birinci rübü üçün öz gəlir proqnozlarını gözdən keçirdəndən sonra yenidən iPhone modellərinin istehsalını məhdudlaşdırdı. Bu barədə Nikkei saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən yanvar ayından mart ayında kimi iPhone istehsalı 10% məhdudlaşdırılacaq. Apple şirkəti artıq iPhone XS, iPhone XS MaxiPhone XR modellərinin sifarişlərinin aşağı enməsi barədə istehsalçı şirkətlərə məlumat verib. Apple yanvar-mart ayları ərzində 47-48 milyon ədəd smartfon istehsal etməli idi. Lakin smartfonların sayı 40 milyon ədədə endirilib.
        Nikkei saytının analitiklərinin fikrincə bu cür qərar Çində iPhone modellərinə tələbatın aşağı səviyyədə olması ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, bu, şirkətin 2019-cu ilin əvvəli üçün iPhone modellərinin istehsalat miqyasını kiçiltməsi üzrə ilk hesabat deyil. Hələ keçən ay analitiklər bildirmişdilər ki, Apple şirkəti iPhone XS Max modelinin istehsalını iki dəfə azaldacaq. Bir neçə müddət bundan öncə şirkətin CEO-su Tim Cook müsahibələrinin birində qeyd etmişdi ki, şirkət ABŞ ilə Çin arasında olan ticarət müharibəsindən böyük zərər gördü.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər