main-post-cover

    Apple şirkəti iPhone SE (2020)-nin Plus versiyası üzərində çalışır

    Elm & Texnologiya
    21.04.2020
    Emil Nəcəfov
        iPhone SE (2020) smartfonu hələ heç satışa çıxmayıb, lakin internetdə artıq onun Plus versiyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Belə ki, məşhur insayder Jon Prosser bir neçə müddət bundan öncə təqdim edilmiş yeni iPhone SE-nin Plus versiyasının satışa çıxacağını bildirib. Bundan əlavə olaraq iOS 14 əməliyyat sisteminin kodunda Plus versiyanın özəllikləri barəsində məlumatlar aşkar edilib. Bu barədə Gizchina saytı xəbər verib.
        Jon Prosser-in sözlərinə əsasən iPhone SE Plus barəsində xəbərlər yaxın zamanda ortaya çıxacaq. Söhbət, tamamilə müasir texniki özəlliklərə sahib yenilənmiş iPhone 8 Plus modelindən gedir. Əvvəlki məlumat sızıntılarına əsasən Plus versiya 5.5 düym ekran, Home düyməsi, Touch ID texnologiyası və şüşə materialdan hazırlanmış arxa panel ilə təchiz olunacaq.
        Adi iPhone SE (2020)-dən fərqli olaraq Plus versiya ikili arxa kameraya sahib olacaq və əsas kamera sensoru 12 MP-lik olacaq. Ön kamera isə 7 MP-lik olacaq. Smartfonun Apple A13 Bionic prosessoru vasitəsilə çalışacağı, 3 GB RAM və 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacağı gözlənilir. iPhone SE Plus smartfon modelinin may və ya iyunda yeni AirPods MacBook Pro ilə birlikdə təqdim olunacağı güman edilir. 
    Linki kopyala