main-post-cover

    'Apple' şirkəti iPhone X ekranlarının yanması barədə xəbərdarlıq etdi

    Elm & Texnologiya
    06.11.2017
    Farid Pardashunas
    “Apple” şirkəti iPhone X ekranlarının sözün əsl mənasında yanması ehtimalı barədə istifadəçilərə xəbərdarlıq verib.
    iPhone X-də ekran yanması o halda baş verir ki, istifadəçi yüksək kontrastlı parlaq təsviri uzunmüddətli aktiv olaraq saxlayır. Bu barədə Mashable saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu cür problemlə həmçinin “Google” şirkəti özünün  Pixel 2 XL modelində də rastlaşıb. “Apple” isə bu hadisənin baş verməməsi üçün istifadəçilərə bəzi məsləhətlər verib.
    Belə ki, yeni iPhone X-in ekranında uzun müddət ərzində yüksək parlaqlıq rejimində kontrast təsvirin əks olunması msələhət görülmür. Daimi olaraq avtoparlaqlıq rejiminin aktiv olması və qısa müddət ərzində telefonun avtomatik olaraq blocklanması halında iPhone X-in ekranı uzun müddət keyfiyyətli şəkildə xidmət göstərməyə malikdir. Bu məsləhətə nəinki iPhone X istifadəçilərinin, həmçinin OLED ekrana sahib cihaz istifadə edən bütün insanların fikir verməsi arzuolunandır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər