main-post-cover

    'Apple' şirkəti iPhone X-in təmir olunma qiymətlərini açıqladı

    Elm & Texnologiya
    28.10.2017
    Farid Pardashunas
    Dünən iPhone X smartfonuna ön sifarişlər açıq elan edildi və bununla yanaşı yeni çıxacaq cihazın təmir olunma qiymətləri təqdim olundu.
    64 GB daxili yaddaşa sahib modelin 999$, 256 GB daxili yaddaşa sahib modelin isə 1149$ qiymətinə satılacağını nəzərə alsaq, bu smartfonun təmirinin həmçinin baha qiymətə başa gələcəyinə də təəccüblənməmək lazımdır. Beləliklə zədələnmiş Super Retina ekranın dəyişilməsi 279$-a başa gələcək. iPhone 6 (129$) modeli ilə müqayisədə bu iki dəfə bahadır.

    Digər zədələnmiş hissələrin təmir olunması üçün isə istifadəçi 549$ ödəməli olacaq. Bu cür qiymət göstəricisi isə öz növbəsində iPhone 8iPhone 8 Plus modelləri ilə müqayisədə çox yüksəkdir. Qeyd etmək lazımdır ki, bu cür qiymət göstəriciləri ABŞ bazarı üçün anlaşılandır. Lakin Azərbaycanda bu xidmətlər çox güman ki, daha böyük qiymət müqabilində göstəriləcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər