main-post-cover

    Apple şirkəti iPhone XR modelinin istehsalını azaltmağa başlayıb: Səbəb nədir?

    Elm & Texnologiya
    05.11.2018
    Farid Pardashunas
        Nikkei saytının verdiyi məlumata əsasən Apple şirkəti iPhone istehsalı ilə məşğul olan zavodlara iPhone XR modelinin istehsalatını azaltmaq təlimatını verib. Bunun əsas səbəbi isə alıcılar tərəfindən iPhone XR modelinə gözlənildiyindən daha az olan tələbatlarıdır. Nikkei saytının məlumatına əsasən Foxconn zavodunda iPhone XR istehsalı üçün 60 istehsalat xətti istifadəyə verilmişdi. Lakin onlardan yalnız 45-i fəaliyyət göstərir.
        Apple şirkəti Foxconn-a təlimat verib ki, çoxlu sayda iPhone XR istehsal etməyə ehtiyac yoxdur. Beləliklə Foxconn gün ərzində cəmi 100.000 smartfon istehsal edəcək. Belə ki, əvvəlki proqnozlardan fərqli olaraq iPhone XR modelinə olan tələbat 20-25% aşağı olub. Eyni vəziyyət ilə həmçinin Pegatron zavodu da rastlaşıb. Məlumata əsasən zavodda iPhone XR istehsalatının böyüdülməsi üzrə planlar hələki dayandırılıb.
        iPhone XR-ə olan tələbatın aşağı düşməsi iPhone 8 ilə iPhone 8 Plus modellərinin qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Alıcılar öz vəsaitlərinə qənaət edərək əvvəlki iPhone modellərinin alınmasına üstünlük verirlər. Bu səbəbdən Apple şirkəti iPhone 8 ilə iPhone 8 Plus modellərinin istehsalat miqyasnın böyüdülməsi təlimatını verib. Beləliklə sözügedən modellər 1 rüb üçün 20 milyon deyil 25 milyonluq tiraj ilə istehsal olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər