main-post-cover

    Apple şirkəti köhnə iPhone sahiblərinə ümumilikdə 500 milyon dollar təzminat ödəyəcək

    Elm & Texnologiya
    03.03.2020
    Farid Pardashunas
        Apple şirkəti köhnə iPhone sahiblərinə 500 milyon dollara kimi təzminat ödəməyə razılaşıb. Söhbət, şirkətə qarşı qaldırılmış kollektiv məhkəmə iddiasından gedir. Bu barədə Reuters saytı xəbər verib. Sözügedən məhkəmə iddiasını qaldırmış şəxslər amerikalı iPhone 6, 6 Plus, 6s, 6s Plus, 7, 7 PlusSE istifadəçiləridir. Bu modellərdən iPhone 7 və iPhone 7 Plus (iOS 11.2 və ya daha yuxarı versiya) istisna olmaqla digər modellər iOS 10.2.1 əməliyyat sistemi vasitəsilə çalışıblar.
        Sözügedən iPhone modellərinin amerikalı istifadəçiləri məhkəmə iddiasında qeyd ediblər ki, əməliyyat sisteminin yenilənməsindən sonra onların smartfonları daha zəif çalışmağa başlayıb. Şirkətə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, Apple iOS yenilənməsi vasitəsilə iPhone modellərini bilərəkdən zəiflədir və bu üsulla istifadəçiləri öz smartfonlarının batareyalarını dəyişdirməyə və ya ümumiyyətlə yeni iPhone almağa məcbur edir.
        Apple şirkəti isə bu ittihamlar ilə razı deyil və qeyd edir ki, smartfonların zəif çalışmalarının səbəbləri smartfonlara olan yüksək yüklənmə, temperatur dəyişikliyi və s.-dir. İndi isə şirkət məhkəmə iddiasını qaldırmış hər bir şəxsə 25$ dəyərində təzminat ödəməyə razıdır. Məlumata əsasən ödəniləcək təzminat məbləğinin ümumi həcmi 310 milyon dollardan az olmamalıdır və 500 milyon dolları keçməməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər