Apple şirkəti naqilsiz AirPower şarj stansiyası üzərində yenidən çalışmağa başlayıb

Apple şirkəti naqilsiz AirPower şarj stansiyası üzərində yenidən çalışmağa başlayıb

Texnologiya
24.03.2020 PAYLAŞIM

    2017-ci ilin sentyabr ayında Apple şirkəti eyni anda bir neçə cihazın naqilsiz şarj olunması üçün nəzərdə tutulmuş Apple AirPower adlı şarj stansiyasını anons etmişdi. Həmin cihazın satışı bir neçə dəfə təxirə salınırdı. 1 il bundan öncə isə şirkət ümumiyyətlə AirPower-dən imtina etdi. Lakin görünür, sözügedən cihazın satışa çıxma şansı hələ də var. Bu barədə Macrumors saytı xəbər verib.

    İnsayder Jon Prosser-in sözlərinə əsasən Apple şirkəti AirPower layihəsini yenidən işə salıb və şirkət mühəndisləri bu cihazın yeni prototiplərini test etməklə məşğuldurlar. Testlərin əsas məqsədi isə cihazın çalışma prosesi zamanı ifraz olunan istiliyin aşağı salınmasıdır. AirPower cihazının dəqiq olaraq satışa çıxacağına zəmanət verilməsə də məlum olan odur ki, onun üzərində işlər davam edir.

    Qeyd etmək lazımdır ki, məşhur analitik Ming-Chi Kuo da bir neçə müddət bundan öncə bildirmişdi ki, Apple şirkəti naqilsiz şarj stansiyasının satışa çıxarılması planından geri dönməyb. AirPower şarj stansiyası ilk növbədə eyni anda AirPods, Apple WatchiPhone cihazlarının şarj olunmasını təmin edən naqilsiz şarj cihazı kimi planlaşdırılırdı. Bu isə perspektivdə Apple şirkətini naqil ilə şarj prosesindən azad edə və şirkətin məhsullarını naqilsiz şarj prosesinə keçirdə bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini..


Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məl..


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..