main-post-cover

    Apple şirkəti naqilsiz şarj stansiyası AirPower'ı satışa çıxartmağa hazırdır

    Elm & Texnologiya
    21.03.2019
    Emil Nəcəfov
        Apple şirkəti özünün AirPower adlı naqilsiz şarj stansiyasını hələ 2 il bundan öncə təqdim etmişdi. Lakin həmin vaxtdan bəri sözügedən naqilsiz şarj stansiyası hələ də satışa çıxmayıb. The Wall Street Journal saytının verdiyi məlumata əsasən şirkət AirPower-ın istehsalı ilə bağlı problemləri aradan qaldırıb və yaxın zamanda onu satışa çıxartmağa hazırlaşır. Bu barədə Macdigger saytı xəbər verib.
        Jurnalistlərin verdikləri məlumatlara əsasən Apple şirkəti AirPower şarj stansiyasının istehsalının hələ ilkin mərhələsində bir sıra problemlər ilə qarşılaşmışdı. Hələ keçən il bir sıra kütləvi informasiya vasitələri bildirmişdilər ki, sözügedən şarj stansiyası sürətli şəkildə qızma özəlliyinə sahibdir. Görünür, məhz buna görə də şirkət şarj stansiyasının çıxış vaxtını ertələməli oldu. Yeni məlumata əsasən isə şirkət şarj stansiyasındakı bütün problemləri aradan qaldırıb və yaxın zamanda onu satışa çıxartmağa hazırlaşır.

        Məlumata əsasən AirPower-ın istehsalına bu ilin əvvəlində start verilib. Sözügedən şarj stansiyası vasitəsilə eyni anda bir neçə Apple məhsulunu şarj etmək mümkün olacaq. Şirkətə yaxın olan mənbələrin məlumatlarına əsasən şarj stansiyasının satışa çıxmasının ertələnməsi onun hazırlanma mərhələsində yaranmış problemlər səbəbilə baş verib. Bundan əlavə olaraq onlar bildiriblər ki, adətən Apple şirkəti öz məhsullarının istehsalından bir neçə ay sonra onları satışa çıxardır.
    Linki kopyala