main-post-cover

    'Apple' şirkəti online qəzet köşkü olan Texture servisini aldı

    Elm & Texnologiya
    13.03.2018
    Emil Nəcəfov
    Fake xəbərlər və viruslu mənbələr arasında “Apple” şirkəti insanlara etibarlı məlumat vermək qərarına gəlib.
        Bu səbəblə şirkət Texture adlı virtual qəzet köşkü servisini alıb. Qeyd etmək lazımdır ki, bu servis 9.99$ abunəlik haqqı əvəzində dünyanın ən nüfuzlu nəşriyyatlarının jurnal və qəzetlərini (National Geographic, The New Yorker və s.) təqdim edir. “Biz şadıq ki, Apple-a nəinki Texture həmdə dünyanın aparıcı nəşriyyatlarından olan jurnallar kataloqu da birləşəcək. Biz jurnalistikanı yüksək səviyyədə dəstəkləmək, yoxlanılmış mənbələrdən məlumatların yığılmasını istəyirik. Bunun sayəsində jurnallar istifadəçilər üçün gözəl, həyəcanlandırıcı hekayələr hazırlaya bilərlər” – deyə şirkət bildirib.

        Texture virtual jurnalı 2010-cu ildən fəaliyyət göstərir. Layihə digər rəqəmsal qəzet köşklərinin hələ bazarları fəth etdikləri bir vaxtda istifadəyə verilmişdi. Günümüzdə Texture-un hansı sayda istifadəçi kütləsinə sahib olduğu tam dəqiq bilinmir. 2014-cü ildəki məqalələrin birində bu göstərici 150.000 istifadəçi kimi qeyd olunmuşdu. Lakin 2016-cı ildə sözügedən göstəricinin bir neçə yüz min təşkil edildiyi bildirilmişdi. Görünür, bu layihənin alınmasının əsas məqsədi Apple News-dur. Belə ki, şirkət artıq Apple News vasitəsilə müxtəlif kənar kontentləri istifadəçilərə təqdim edir.
    Linki kopyala