main-post-cover

    Apple şirkəti öz brendi altında modul konstruksiyalı böyük qulaqlıqlar üzərində çalışır

    Elm & Texnologiya
    16.04.2020
    Farid Pardashunas
        Biz artıq dəfələrlə xəbər vermişik ki, Apple şirkəti böyük qulaqlıqları istehsal etmək istəyir. Lakin şirkət bu cür qulaqlıqları Beats brendi altında yox öz brendi altında satışa çıxartmaq istəyir. Bloomberg saytı Apple şirkətinin bu cür qulaqlıqları barəsində yeni məlumatlar verib. Beləliklə verilmiş yeni məlumata əsasən qulaqlıqlar modul konstruksiyasına sahib olacaqlar. Qulaqlıq yastıqları və yastıqları birləşdirən platforma karkas ilə maqnitlər vasitəsilə birləşəcəklər.
        Buna görə də istifadəçi sözügedən elementləri fərdi şəkildə dəyişə və qulaqlığı öz istədiyi vəziyyətə sala biləcək. Məlumata əsasən bu cür qulaqlığın iki versiyası olacaq: Premum idman. Premium versiyada dərini xatırladan materiallardan, idman versiyada isə idman ilə məşğul olmaq üçün nəzərdə tutulmuş və nəfəs ala bilən parçadan istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu cür üsul Apple Watch modellərində artıq reallaşdırılıb. Belə ki, istifadəçi smart saatın kəmərlərini dəyişə bilir.
        Qulaqlıqların prototipləri oval formaya sahibdirlər. Qulaqlığın özü isə yuxarı platforma ilə metal materialdan hazırlanmış nazik halqa ilə birləşdirilib və həmin halqa fırlana bilir. Gözləntilərə əsasən Apple şirkətinin böyük qulaqlıq modeli ətraf səs-küyün boğulması özəlliyini və Siri səsli köməkçi dəstəyini əldə edəcək. Bloomberg qeyd edib ki, Apple bu cür qulaqlıqlar üzərində 2018-ci ildən bəri işləyir. Lakin şirkət onların satışların iki dəfə təxirə salıb. İlk öncə yeni qulaqlıqların bu il təqdim olunması planlaşdırılırdı. Lakin koronavirus pandemiyası şirkətin planlarını dəyişə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər