main-post-cover

    Apple şirkəti qarşıdakı 2 il ərzində qatlanan ekranlı cihazlar istehsal edə bilər

    Elm & Texnologiya
    27.03.2018
    Orxan Oguz
        Apple şirkəti qarşıdakı iki il ərzində qatlanan ekranlı iPhone modeli hazırlamaq məqsədilə bir sıra işlər görməyə başlayıb. CNBC-nin xəbərinə görə Bank of America Merrill Lynch, Apple şirkətinin Asiyalı iş ortaqları ilə yeni iPhone dizaynı üzərində işlədiklərini iddia edir. Baş analitik Wamsi Mohan ötən həftə Asiyadakı bir neçə Apple tədarükçüsüylə getdiyi görüşlərdən sonra müştərilərinə bir sərmayəçinin qeydlərini göndərdi. Mohan, hər nə qədər ölçü dəyişikliklərinin satışı artırdığını düşünsə də qarşıdakı payız mövsümündə çıxacaq OLED versiya iPhone cihazlarının əsasən dəyişməyəcəklərini yazdı. Bundan əlavə, qeydlərə 2020-ci ildə istehsal olunacaq qatlanan ekranlı iPhone da əlavə olunub.
        Samsung və Lenovo indidən qatlanan ekranlı telefonların tanıtımını həyata keçirir. Amma heç biri bazara çıxarıla biləcək cihaz haqqında məlumat verməyib. Hər bir halda patentlərə və tanıtımlara baxsaq qatlanan ekranlı telefonlar gələcəyin ən çox maraq görən dizaynlarından biri olacaq. 
    Linki kopyala