main-post-cover

    Apple şirkəti qatlana bilən cihazın patentini əldə edib

    Elm & Texnologiya
    30.05.2019
    Emil Nəcəfov
        ABŞ-ın ticarət nişanları və patentləri üzrə idarəetmə komissiyası Apple şirkətinin elastiki ekrana sahib qatlana bilən smartfon modelinin patentini qeydiyyatdan keçirdib. Beləliklə şirkət gələcəkdə qatlana bilən iPhone ilə iPad modellərini istehsal edə bilər. Bu barədə 4pda saytı xəbər verib. Patentin qeydiyyat sorğusu hələ 2018-ci ilin yanvar ayında göndərilmişdi. Lakin məhz indi həmin patent rəsmi olaraq qeydiyyatdan keçirilib.

        Patentdə qatlana bilən ekran ilə qapağa sahib olan cihazdan bəhs olunur. Patent fotolardan da görmək olar ki, cihaz kitab kimi qatlana bilir. Təəssüflər olsun ki, patent məlumatları arasında cihazın texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, bu, Apple şirkətinin ilk qatlana bilən cihazın patent sorğusu deyil. Şirkət daha öncə də bu texnologiyanın istifadəsi üzrə müxtəlif variantların patentini almışdı. Analitiklərin fikrincə qatlana bilən iPhone ilə iPad modellərini 2020 və ya 2021-ci ildən tez gözləmək lazım deyil.
    Linki kopyala