main-post-cover

    Apple şirkəti qatlana bilən iPad modelini 2021-ci ildə təqdim edə bilər

    Elm & Texnologiya
    08.08.2019
    Emil Nəcəfov
        Apple şirkəti özünün ilk qatlana bilən məhsullarını təqdim etməyib, lakin artıq indidən həmin məhsullar barəsində məlumatlar internetdə ortaya çıxmağa başlayıb. İnsayderlərin əldə etdikləri yeni məlumatlara əsasən Apple şirkətinin ilk qatlana biləcək cihazı heç də iPhone modeli olmayacaq. Bu barədə Business Insider saytına istinadən 4pda saytı xəbər verib. UBS adlı analitik şirkətin məlumatına əsasən Apple şirkətinin ilk qatlana bilən cihazı 2021-ci ildə satışa çıxacaq.
        Güman olunur ki, bu, iPad modeli olacaq. Məlumata əsasən məhz qatlana bilən iPad modelindən sonra Apple şirkəti bu cür formata sahib iPhone modelini satışa çıxardacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət qatlana bilən cihazları əhatə edən bir sıra patenti qeydiyyatdan keçirtmişdi. May ayında şirkət ekran və ekran üçün nəzərdə tutulmuş qoruyucu örtüyün patentini əldə etmişdi.

        Həmin patentdə əks olunmuş fotodan da görmək olar ki, söhbət, kitab kimi açılıb-bağlanan planşet modelindən gedir. Alıcılar arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, alıcılardan 34%-i qatlana bilən cihazın alınmasında maraqlıdır. 72% isə qeyd edib ki, Apple şirkətinin qatlana bilən cihaz təqdim edəcəyi halda onlar həmin məhsulu almaqda maraqlı ola bilərlər.
    Linki kopyala