
Apple şirkəti sensorlu parça texnologiyasını patentləşdirib
Elm & Texnologiya
02.10.2023
Emil
İnternetdə Apple şirkətinin yeni patent sorğusu ortaya çıxıb. Ortaya çıxmış patent sorğusunda şirkət elektronikanın idarəsi elementlərinin parçaya inteqrasiya konsepsiyasını sərgiləyib. Üstəlik patentdə bu cür texnologiyanın istifadə ssenariləri əks olunub. Bu yeni texnologiya "sensorlu tekstil"-ə əsaslanır. Sensorlu tekstil dedikdə isə öz daxilində toxunuşları qeydə alan elektron komponentlərə sahib parçadan söhbət gedir. Şirkətin bu cür texnologiyanı necə reallaşdıracağı məlum deyil. Lakin patentdə onun bir neçə istifadə ssenarisi əks olunub.
"Bu patentdə əks olunmuş cihaz və texnologiyalar müxtəlif növ tekstil materiallara tətbiq edilə bilər. Onlar özlərində tekstil komponenti və ya elementi birləşdirən istehlakçı elektron məhsullara, geyimlərə, geyim aksesuarlarına, çantalara, ev tekstilinə və digər obyektlərə inteqrasiya edilə bilərlər" - deyə patentdə qeyd edilib. Apple şirkətinin fikrincə bu cür yeni idarəetmə elementləri parçaya sahib istənilən əşyaya inteqrasiya edilə bilər. Mebel, geyim, aksesuarlar və s. Çox güman ki, bu cür idarəetmə elementləri sayəsində ağıllı ev cihazlarını və ya smartfonu idarə etmək mümkün olacaq. Sensorlu tekstilin Apple məhsullarına nə zaman inteqrasiya ediləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər