main-post-cover

    'Apple' şirkəti Shazam-ı aldığını rəsmi şəkildə elan etdi

    Elm & Texnologiya
    11.12.2017
    Farid Pardashunas
    “Apple” şirkəti musiqi təyini platforması olan Shazam-ı aldığını rəsmi olaraq elan etdi.
    Hər iki tərəf də bağlanmış müqavilənin dəyərini açıqlamasa da, bir sıra məlumatlara əsasən bu müqavilə “Apple” şirkətinə 400 milyon dollara başa gəldi.
    “Shazam-ın istedadlı komandasının Apple şirkətinə daxil olması münasibətilə həyəcanlıyıq. App Store online servisinin işə salınmasından bəri Shazam heç şübhəsiz iOS üçün ən məşhur tətbiqlərdən biri hesab olunur. Bütün dünya üzrə milyonlarla insan müxtəlif platformalar sayəsində bu servisdən istifadə edir. Bizim Shazam ilə bağlı çox maraqlı planlarımız var və onları reallaşdırmaq üçün səbrsizlənirik” – deyə şirkət bildirib.
    Techcrunch-ın məlumatına əsasən müqaviləyə görə “Apple” Shazam ilə 5 aya yaxın danışıqlar aparıb. Bu platformanı həmçinin Snapchat Spotify kimi servislər də almaq istəyirdilər. Platformanın bu cür ucuz qiymətə satılmasının səbəbi kimi isə Shazam-ın uzunmüddətli gəlir mənbəyi tapa bilməməsi göstərilib. Digər bir mənbənin verdiyi məlumata əsasən isə Shazam hələ 1 il bundan öncə musiqi axını servisi olmalı idi. Buna görə də bu müqavilə “Apple” üçün böyük məna kəsb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər