main-post-cover

    Apple şirkəti siqaret çəkən şəxsin MacBook noutbuklarını təmir etməkdən imtina edib

    Elm & Texnologiya
    14.08.2019
    Emil Nəcəfov
        Apple məhsullarının rəsmi təmir siyasəti çox qarışıqdır. Bəzi hallarda şirkət göz önündə olan problemli cihazın təmirindən imtina edə, bəzi hallarda isə cihazın qiymətinin 50%-ni təşkil edən təmir prosesini reallaşdıra bilər. Çox qəribə bir hadisə isə amerikalı şəxs ilə baş verib. Belə ki, Apple şirkəti onun 3 ədəd MacBook modelini təmir etməkdən imtina edib. Bu barədə Danhendricks.com saytına istinadən 4pda saytı xəbər verib. Bu qəribə hadisəni amerikalı veb tərtibatçı Daniel Hendricks danışıb.
        Bu ayın ortasında o, Apple şirkətinin rəsmi xidmət servisinə təmir üçün 3 ədəd MacBook modelini gətirib. İki ədəd MacBook Pro modelində klaviatura dəyişilməli idi və həmin modellərin klaviaturaları xidmət servisinin Keyboard Service Program proqramı çərçivəsində dəyişdirilməli idi. Üçüncü MacBook modeli isə AppleCare+ proqramı üzrə təmir olunmalı idi. Sözügedən 3 ədəd MacBook modelinin yoxlanılmasından sonra servis əməkdaşları həmin cihazların təmir olunasından imtina ediblər.
        Səbəb kim isə istifadəçinin intensiv siqaret çəkməsi ilə cihazlarda yaranmış problemlərin arasındakı əlaqənin olub-olmamasının təyin edilməsinin vacibliyini gətiriblər. Lakin Daniel öz cihazlarının təmir ediməsində təkid edəndən sonra əməkdaşlar bildiriblər ki, intensiv şəkildə siqaret çəkən şəxsin cihazları servis mərkəzinin sağlam həyat tərzi keçirən əməkdaşlarına zərər verə bilər. Bunu onlar ABŞ-ın əmək bazarının mühafizəsi üzrə idarəetmə normaları sənədlərinə istinadən qeyd ediblər.
        Daniel isə servis əməkdaşlarının istinad verdikləri qanunvericiliyi diqqətlə analiz edəndən sonra aşkar edib ki, həmin qanun yalnız tütün məhsullarının istehsalı ilə məşğul olan şəxslərə şamil olunur. Cihazların təmir edilməsindən imtina səbəbləri kimi gətirilmiş arqumentlər isə sadəcə olaraq uydurma olub. Belə ki, rəsmi sənədlərdə bu barədə heç bir təsdiqləyici məlumat aşkar edilməyib. Noutbuklar isə öz sahibinə heç bir tələbin olmadığını əks etdirən sənədin imzalanmasından sonra geri qaytarılıb. Öz noutbuklarını geri qaytarmış Daniel Hendricks rəsmi təmir üzrə öz hüququnu qoruyacağını bildirib və qeyd edib ki, Apple şirkəti öz öhdəliklərini yerinə yetirməyərək dələduzluqla məşğuldur.
    Linki kopyala